Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir. Bu barədə 30 yanvar tarixində şirkət məlumat verib.
Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks-istiqamətdə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü yerinə yetiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.