Bakı şəhəri və ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1 487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub.
Bu barədə 20 dekabr tarixində Report TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova istinadən məlumat verib.
O bildirib ki, indiyədək tibb müəssisələri 909 təcili tibbi yardım avtomobili ilə təmin edilib: "Bu günlərdə ölkə başçısına təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir”.