Sahil avarçəkməsi və "beach sprint" üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Yarışma Polşanın Qdansk şəhərində keçirilib.
Yığma komandanın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan rəqibi Monika Dukarskanı və finlandiyalı Eava Karpineni geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman Klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb.
Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.