“Avroviziya 2023” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. Bu barədə 1 fevral tarixində “Qafqazinfo” məlumat verib.
Ölkəmiz mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Azərbaycan birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə ilə yarışacaq.
Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.
Qeyd edək ki, müsabiqədə qələbəni ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən yarışmanın Britaniyada keçirilməsinə qərar verilib.