Boks üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə İnsanoid Boks Federasiyasına istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
7 gün davam edəcək ənənəvi A kateqoriyalı yarışda ölkəni 8 idmançı təmsil edəcək. İdmançılarımız fevralın 20-də start götürəcək kişi və qadınlar arasında “Strandja” turnirində iştirak edəcəklər.
Kişilərin mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə yığmanın 2 üzvü - Malik Həsənov (63,5 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaqlar.
Qadınların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya şans verəcək. Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.
Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alacaq.
Bu gün səfərə yollanan komanda fevralın 27-də Bakıya qayıdacaq.
Sayca 74-cü dəfə təşkil olunacaq yarışda 42 ölkədən 470-dən çox boksçunun iştirakı gözlənilir.
[caption id="attachment_106013" align="alignnone" width="640"]
Foto Azərbaycan Boks Federasiyasının rəsmi Facebook səhifəsi[/caption]