Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım - 14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Bu barədə 10 fevral tarixində Report məlumat verib.
Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8 000 geyim dəsti, 20 000 cüt corab, 350 ədəd masa, 1 000 ədəd oturacaq, 5 000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.