Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunan poçt markasının təqdimatı olub. Bu barədə 9 dekabr tarixində Report məlumat verib.
Poçt markasında “Azərbaycan – Gürcüstan əlaqələri – 30 il” sözləri və dövlət bayraqları əks olunub.
Markada Azərbaycanın tarixi abidəsi Məhəmməd məscidi və görkəmli şairə Xurşidbanu Natəvanın heykəli, eləcə də Gürcüstanın memarlıq nümunələri Cvari monastrı və Kartlis Deda (Gürcüstanın Anası) heykəli təsvir edilib.
Sözügedən filateliya məhsulu 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Əlavə olaraq, 200 ədəd “Birinci gün” zərfi də təqdim olunub.
[gallery columns="1" link="file" size="full" ids="97216"]