Azərbaycan dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən dörd robot alıb. Bu haqda dekabrın 9-da Report məlumat yayıb.
Texnika işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.