Azərbaycan Mərkəzi Bankının yeni binanın tikintisi şöbəsinə direktor təyin edilib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Bu barədə 12 aprel tarixində Report məlumat verib.
Əmrə əsasən, sözügedən vəzifə Ceyhun Qurban oğlu Səməndova həvalə olunub.
Son illər ərzində C.Səməndov Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, AMB-də yeni binanın tikintisi şöbəsi 2022-ci ilin avqust ayında yaradılıb.