"Eyndhoven" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü bir dəqiqəlik sükut zamanı göz yaşlarına hakim ola bilməyib. Bu barədə Report 7 fevral tarixində xəbər verib.
İkinci liqanın XXI turunda "Villem II" ilə qarşılaşma Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
25 yaşlı yarımmüdafiəçi həmin an kövrəlib.
Qarşılaşma "Villem II"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ozan Can Kökçü bu görüşdə 90 dəqiqə meydanda olub.
[video width="320" height="320" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/02/jTHQWHAglqF98DP-1.mp4"][/video]