Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Bu barədə 2 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub. Dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="111220,111221,111219"]