Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 10 mart tarixində məlumat verir.
Bildirilib ki, gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.
Qeyd edək ki, bu gün, 10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur.