Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov 2-ci Şəhidlər xiyabanında dəfn edilib. Bu barədə İnsanoid BakuPlus.az-a istinadən bu gün, 30 yanvar tarixində xəbər verir.
Orxan Əsgərov 2-ci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin şərəfinə yaylım atəşi açılıb, dövlət himni səsləndirilib.
[video width="640" height="352" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/01/Video-WhatsApp-2023-01-30-v-12.50.06_1.mp4"][/video]
Şəhidlə vida mərasimi onun vaxtı ilə yaşadığı Yeni Yasamaldakı evində baş tutub. Onunla vidalaşmağa dövlət qurumlarının nümayəndələri, şəhidin yaxınları və digər vətəndaşlar gəliblər.
Ötən gün axşam saatlarında şəhidin nəşi və səfirliyin əməkdaşları ailələri ilə birlikdə Bakıya təxliyə olunmuşlar.
[URIS id=103535]