Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən Hindistan vətəndaşı saxlanılıb. Bu barədə dekabrın 9-da DSX xəbər yayıb.
Belə ki, Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana keçmək istəyən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.
O, rəsmi qaydada ölkə ərazisinə gəlib, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.