Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı keçirilib. Bu barədə 11 aprel tarixində Report məlumat verib.
Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən ayrıldığını bildirib və səsvermə ilə istefa qəbul edilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib.
Həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.