“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “Twitter”də yazıb.
O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:
“Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsinin yaradılması mütləqdir”.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.
Lachin road has always been open for normal traffic, & not intended for illegal military and economic purposes. #Azerbaijan takes all measures at its disposal to ensure unimpeded movement on the road.
For the transparency & security, border checkpoint control btw??&?? is a must. https://t.co/qLgNkoOkUk— Aykhan Hajizada (@Aykhanh) March 10, 2023