Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. Bu barədə 3 mart tarixində Report İsrail KİV-yə istinadən məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.
Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.