"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”. Bu barədə 20 dekabr tarixində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.
O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi - Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.
Spokesperson @MFAofArmenia continues to promote false narratives about the road "blockade" and number of #Armenians present in Garabag region of #Azerbaijan. Numerous videos circulated on social media clearly show cars freely passing through the Lachin road. https://t.co/90rcSjlAKY
— Aykhan Hajizada (@Aykhanh) December 20, 2022