Azərbaycanda 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.
Report-un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Müştəri məmnuniyyəti aşağı düşdükdə bu barədə hotel xəbərdar edilir və tədbir görülmədikdə, ulduz dərəcəsi ləğv edilir. Ümumiyyətlə, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir”, - deyə agentlikdən bildirilib.