Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb. Bu barədə 17 dekabr tarixində Daxili İşlər Naziriliyi İnsanoid-ə məlumat verib.
Məlumata əsasən, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar - Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.