Azərbaycanda 2018-ci ildən bu günədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb.
Bu barədə 7 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu “Apiaz” MMC şirkətinə güzəştli kredit ayırıb: “2019-cu ildə "Apiaz" MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min manat güzəştli kredit verilib”.
2018-ci ildən bugünədək #kəndtəsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon ₼-a yaxın #güzəştlikredit ayrılıb. 2019-cu ildə Apiaz MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min ₼ güzəştli kredit verilib.#EconomyAz #SİF pic.twitter.com/30GswjqWQs
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 7, 2022