Azərbaycanda bələdiyyələrlə iş portalı yaradılıb. Bu barədə Report 12 aprel tarixində məlumat verib.
İnternet resursu Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanıb.
İş portalının yaradılmasında məqsəd bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılmasıdır.
Portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkədə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda internet resursunda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb.