Azərbaycanda boşanmaların sayı azalıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 18 yanvar tarixli hesabatında əks olunub.
2022-ci ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57 033 nikaha daxilolma və 14 525 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1 000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.