Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması təklif edilir.
Report-un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Qeyd edək ki, hazırda büdcə ili yanvarın 1-də başlayıb, dekabrın 31-də başa çatır.