Azərbaycanda dializ xəstələrinin sayında artım müşahidə olunur. Bu barədə 25 yanvar tarixində Report.az məlumat verib.
2021-ci illə müqayisədə ötən il ölkədə dializ xəstələrinin sayı 13 % artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı deyib. O bildirib ki, bu məsələni araşdırmaq lazımdır: “Çünki 13 % kiçik rəqəm deyil”.
M.İbrahimqızı, eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından narazılıq edib.