Azərbaycanda “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi yaradılıb. Bu barədə 6 iyun tarixində İnsanoid xəbər verir.
“Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi gözəllik sektorunda xidmət göstərən fiziki və hüquqi şəxsləri bir birlik altında toplamaq, bu sahədə fəaliyyət göstərən şəxslərin inkişaflarına töhfə vermək və onların hüquq və azadlıqlarını təmin etmək məqsədilə yaradılmış bir qurumdur.
Bu gün Baku Marriott Hotel Boulevard-da “Gözəlliyin Birlik Gücü - Mükəmməlliyə doğru” devizli ilə tanıtım tədbiri keçirilir.
Birliyin təsisçisi və sədri Elnarə Nəhmədovadır.