Azərbaycanda ilk dəfə düyələrə embrion köçürülməsi həyata keçirilib. Bu barədə noyabrın 16-da KTN-dən bildirilib.
Yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.
Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır.
Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Respublika Süni Mayalanma Mərkəzinə dəvət olunmuş alman mütəxəssis tərəfindən təlimlər keçirilib.
Qeyd edək ki, 2023-cü ildən başlayaraq yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimlərə cəlb olunacaqlar.