Bu gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.
Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində saxlanılıblar.