Azərbaycanda ölümü düzgün qeydə almayanların cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 14 yanvar tarixində xəbər verir.
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiq edib.
İXM-yə edilən dəyişikliklə tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaqlar.