2020-ci ilin iyun ayından bu il noyabrın 1-nə qədər Azərbaycanda koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara 37,9 milyon manat yardım edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında bildirib.
Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.
2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli #kredit və #subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. ₼ vəsait ödənilib.#EconomyAz pic.twitter.com/8SzTaIBFqU
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2022