top
Azərbaycanda pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq
24 yanvar 2023, 03:10
- ↺ +

Azərbaycanda pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişlər geri istənilməyəcək. Bu, Prezidentin “Əmək pensiyaları haqqında Qanun”a dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu barədə 23 yanvar tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.

Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır. Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən, həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.

Qaydalara əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında yalnız aşağıdakı hallarda tutulur:


  • rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

  • qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

  • inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.


Bundan başqa, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.

Eyni zamanda geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər