2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6% və 37,4% çox olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabında əks olunub.
Məlumata görə, 10 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 176,7 milyon ton yük daşıyıb. Yüklərin 57%-i avtomobil nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə nəqliyyatçılar 1 318,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,9%-i avtomobil, 12,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.