Bu ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 333,8 milyon manatlıq əməliyyat aparıblar.
Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 31 mart tarixli "İxrac icmalı"nda bildirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azdır.
Təkcə bu ilin fevral ayında isə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 162,3 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 13% azdır.