Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər öz fəaliyyətlərini davam etdirəcəklər. Bu barədə İnsanoid bu gün, 30 mart tarixində xəbər verir.
Yeni qurum Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bazasında yaradılıb.
Adıçəkilən səhmdar cəmiyyətləri ləğv olunaraq Agentliyin tabeliyinə verilib.