Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı SMA xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib.
Bu barədə 25 noyabr tarixində Report məlumat verib.
Deputat bildirib ki, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaradır: “Artıq həmin xəstəliyin inyeksiya yolu ilə müalicəsi mümkündür. Bir inyeksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.