Aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Nepal Federativ Demokratik Respublikası və 2 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıblar.
Bu barədə 18 aprel tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşı, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.