Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi bu ilin əvvəlindən Azərbaycandan idxal edilən 4 min tona yaxın təzə narın fitosanitar nəzarətini həyata keçirib.
Bu barədə Report "Rosselxoznadzor"a istinadən məlumat verib. Qurum bununla bağlı ümumilikdə 200-dən çox nəqliyyat vasitəsini yoxlayıb.