Noyabr ayının 21-də saat 05:50-də Xaçmaz rayonunun Dövlət Sərhəd Xidmətinin Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 9 nəfər Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə 23 noyabr tarixində Report məlumat verib.
Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.