Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsü tikilir. Bu barədə noyabrın 24-də Report ADY-yə istinadən xəbər verir.
Körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.
Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çərçivəsində görülən işlərin tərkib hissəsidir.
Dəmir yolu xətti birxətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yolun təməli ötən il fevralın 14-də İlham Əliyevin iştirakı ilə qoyulub və layihənin gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.