top
Azərbaycanın Baş prokuroru Litvada səfərdədir
21 fevral 2023, 03:55
- ↺ +

Azərbaycanın Baş prokuroru Litvada səfərdədir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin (STT) rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsə işgüzar səfər edib.

Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 21 fevral tarixində xəbər verir.

İlk öncə nümayəndə heyəti ölkəmizin Vilnüsdəki səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin Litva ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, hazırda isə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu əlaqələrin yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğu xatırlanıb.

Baş prokuror, həmçinin Türkiyənin Vilnüsdəki səfirliyini ziyarət edərək, səfir Barış Tantekinlə görüşüb, qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verərək matəm kitabına ürək sözlərini yazıb.

Daha sonra Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində Xüsusi İstintaq Xidmətində ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan STT-nin rəhbəri Jidrunas Bartkus ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hüquqi əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək, aktivlərin bərpası sahəsində həyata keçirilən və ötən ilin fevral ayından etibarən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin tərəfdaş ölkə olan Litva ilə uğurla davam etdiyini bildirib.

Litvanın Xüsusi İstintaq Xidməti ilə uzunmüddətli səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi roluna görə Azərbaycanın Baş prokuroru “Əməkdaşlığa görə" medalı ilə təltif olunub.

Daha sonra nümayəndə heyəti STT-nin yaradılmasının 25 illik yubiley tədbirində iştirak edib.

Görüşlərdə ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev iştirak edib.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər