"Turan Air" MMC ləğv olunduğunu elan edib. Bu barədə İnsanoid İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən bu gün, 7 mart tarixində məlumat verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.
"Turan Air" 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir.
Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları" QSC - AZAL) və ABŞ-nin "İTİ Trading İnternational" şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.