"İlkin tədqiqatlara əsasən, Azərbaycanın 8 235 kvadrat kilometrdən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənib". Bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclasında deyib.
Bu barədə 18 aprel tarixində Report məlumat verib.
Şura sədri Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bildirib.