"Bellator"da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin zədəsi sağalıb. Bu barədə Report 14 aprel tarixində xəbər verib.
Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: "Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi".
O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib.
Tofiq Musayev dünya Qran Prisinin 1/4 final mərhələsində məğlub olmuşdu.