Türkiyəyə növbəti yardımlardan biri Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğundan gəlib. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 16 fevral tarixində xəbər verir.
Azərbaycanın Qarsdakı Baş Konsulluğu zəlzələ baş verən ərazilərə çatdırılması üçün bir yük avtomobili ehtiyac duyulan yardım göndərib.
Azərbaycanlı müəllim və tələbələr tərəfindən inzibati binanın qarşısında yük avtomobilinə yüklənən yardımlar daha sonra AFAD-ın Kordinasiya Mərkəzinə təhvil verilib.
[caption id="attachment_105784" align="alignnone" width="640"]
Foto DHA.com.tr saytı[/caption]