Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi məlum olub. Bununla bağlı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
Bu barədə 14 fevral tarixində Report məlumat verib.
Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb: "Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1 200-dən çox generator, 6 240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir”.