Azərbaycanla Türkiyə arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə 25 yanvar tarixində Report məlumat verib.
Milli Məclisdə təşkil olunacaq tədbirlər parlamentin İnsan Hüquqları Komitəsinin cari ilin yaz sessiyası üçün İş Planına daxil edilib.
Qeyd edək ki, bu gün komitənin iclası keçirilir.