Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub. Bu barədə 10 fevral tarixində AZƏRTAC məlumat verib.
Hindistanın Kəlküttə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.
“CASA” Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar “Dünyanın ən yaxşı gənc aşpazı” adı uğrunda yarışıblar.
Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dən aşpazlar vəsiqə qazanıblar.
Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.
[gallery columns="2" link="file" size="full" ids="105040,105041"]