top
Azərbaycanlı gənc İrana gedib yoxa çıxdı
09 mart 2023, 01:30
- ↺ +

Azərbaycanlı gənc İrana gedib yoxa çıxdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda yoxa çıxmış Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin tapılması üçün rəsmi qurumlara müraciət olunub. Bunu 26 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. Bu barədə 9 mart tarixində APA məlumat verib.

Valideyn qeyd edib ki, ötən gün Azərbaycanın Almaniyadakı səfirliyinə bu barədə məlumat verib və onların tövsiyəsi ilə də Xarici İşlər Nazirliyinə rəsmi məktub ünvanlayıb:

“Hazırda aidiyyəti qurumlarımız onun tapılması üçün çalışırlar. Ötən gün sənədlərini məndən alıblar. Amma hələ bir məlumat yoxdur".

Dilarə Əsgərovanın sözlərinə görə, oğlu Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya təcrübəyə gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib:

“Lakin dostlarından öyrəndiyimə görə, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlıdır, sosial şəbəkələrdə görünmür. Düşünürəm ki, telefonu itmiş olsaydı, haradansa sosial şəbəkə üzərindən mənimlə əlaqə saxlayardı. Lakin o vaxtdan bəri heç bir xəbər yoxdur. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldığımız məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. Artıq 6 gün keçir”.

Dilarə Əsgərova onu da qeyd edib ki, oğlunun tanış olduğu xanımın kimliyi barədə tələbə yoldaşlarından məlumat almağa çalışıb, lakin onu tanıyan olmayıb:

“İndi dostları iranlı tələbələrdən bir məlumat öyrənməyə çalışırlar. Bəlkə onların vasitəsilə qızı tapmaq olar. Almaniyada "Şəxsi məlumatların qorunması haqqında" Qanuna görə Universitet heç bir məlumat verə bilmir. Bunun üçün iş açılmalıdır, məhkəməyə müraciət edilməlidir. Lakin universitet rəhbərliyindən nömrəmi istəyiblər. Mənimlə əlaqə saxlayacaqlarını bildiriblər".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər