Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının üzvü Məqsud Tahirli Bolqarıstanda keçirilən suya tullanma üzrə XII Sofiya Kubokunda daha bir qızıl medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, bu dəfə idmançımız 1 metrlik tramplindən tullanma yarışında fərqlənib.
Bundan əvvəl M.Tahirli 5 metrlik platformadan və 3 metrlik tramplindən tullanma yarışlarında da qalib olmuşdu.
Qeyd edək ki, turnirdə 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.