top
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
27 oktyabr - müharibənin 31-ci günü

• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir T-72 tankı, dörd D-30 və üç D-20 topu, bir "Osa-AKM" ZRK, bir BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, bir radiolokasiya stansiyası və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

• Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Bu xain hücum nəticəsində ilkin məlumata görə, Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və yeddi yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır. 
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
• Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilir.
• Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
• ANAMA mütəxəssisləri cəbhəyanı ərazilərdə raket və top mərmilərini zərərsizləşdiriblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər